36 həftəlik ölü döl xəstəxanada sanitar otaqda saxlanılıb? - VİDEO

36 həftəlik ölü döl xəstəxanada sanitar otaqda saxlanılıb? - VİDEO
SOSİAL
00:44 22.07.2026
209
Antisanitar otaq... həmin yerdə saxlanlıdığı iddia edilən ölü döl...

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, yayılan görüntülərdə iddia edilir ki, Vital hospitalda 36 həftəlik döl xüsusi soyuducuda yox, adi otaqda olub.
Məsələ ilə bağlı həmin xəstəxanaya yaxınlaşdıq.

Müşahidə etdik ki, steril şəkildə saxlanmalı olan soyuducunun ətrafı antisanitar vəziyyətdədir. İçərisində olan üzvlər isə qara paketlərə qoulyaraq buzluğa atılıb.

Videodakı çirkli, səliqəsiz şəkildə olan sanitar otaq isə yığışdırılmışdı.

Baş həkimin sözlərinə görə, döl əməliyyatdan sonra ailəyə təhvil verilib.

Əməliyyatı icra edən həkimin sözlərinə görə, həmin xanımın artıq ikinci ölü dölü çıxarılır.

Məsələ ilə bağlı Səhiyyə nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, bununla bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən qeyd edilib ki, yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR