İnam Kərimovdan yeni təyinat

İnam Kərimovdan yeni təyinat
Siyasət
17:37 08.05.2018
4091
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini vəzifəsinə yeni təyinat olub.

AZXEBER.COM APA-ya istinadən xəbərinə görə, kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə bu vəzifəyə Xudayət Həsənli təyin edilib.

DBNX-nın mətbuat katibi Yolçu Xanvəli faktı təsdiqləyib.

Qeyd edək ki, X. Həsənli Müəllif Hüquqları Agentliyi (MHA) hüquq şöbəsinin müdiri, Kənd Təsərrüfatı Nazirliyinin Hüquq, kadr və yerli orqanlarla iş şöbəsi müdiri vəzifələrində çalışıb.
OXŞAR XƏBƏRLƏR