Pakistanda bu olay gerçəkləşib.
Pakistanın Hayber-Pahtunhva əyalətindəki xəstəxanada qadın 4 oğul və 2 qız doğub.
Qadının dediyinə görə, hamiləliyin son dövründə olduğu üçün xəstəxanaya adi, rutin müayinə üçün yollanmışdı.
"Xəstəxanada müayinədə olanda qəflətən sancılandım. Doğuş sancıları idi. Bətnimdə əkiz olduğunu bilirdim. Lakin 6 övlad doğacağımı ağlıma da gətirməzdim", - pakistanlı ana deyib.
Həkimlərin dediklərinə görə, ana və doğulmuş 6 körpə sağlamdırlar. Lakin onların daha yaxşı xəstəxanaya köçürülməsinə ehtiyac var.
Pakistanın Şimali Vəziristan əyalətindəki Datta Hell bölgəsində yaşayan qadın və onun əri indi paytaxt İslamabada yollanmağa hazırlaşırlar.(milli.az)


