'İnanıram ki, azarkeşlər maraqlı oyunun şahidi olacaqlar'

İDMAN
17:07 29.01.2012
1389

"Neftçi" PFK-nın futbolçusu Ruslan Abışov "Metallist"lə oyun öncəsi fikirlərini bildirib.

AZXEBER.COM-un məlumatına görə, istedadlı müdafiəçi komandanın Antalyada keçirdiyi hazırlıq prosesi ilə bağlı təəssüratlarını klubun rəsmi saytına bölüşüb: "Təlim-məşq toplanışımız yüksək səviyyədə keçir. Məşqçilərin tapşırığını həvəslə yerinə yetiririk. Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etməyə hazırlaşırıq. Bildiyiniz kimi, ilk rəqibimiz Xarkovun "Metallist" klubu olacaq. "Metallist" hazırda əla heyətə malikdir. Bu komanda artıq nəinki Ukraynanın, Avropanın da güclü klublarından hesab olunur. İnanıram ki, azarkeşlər maraqlı oyunun şahidi olacaqlar".

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR