İnanmaq çətindir: "inəyin sidiyindən müalicə" - VİDEO

MARAQLI
15:00 14.01.2014
2234
Hindistanda yaşayan Cayram Sinqhal düçar olduğu şəkərli diabetdən qurtulmaq üçün hər səhər inək pəşovu içir.
Hər səhər inəyin yanına yollanan C.Sinqhal bir stəkan pəşov içməyi rutin prosesə çevirib.
"İnəyin pəşovunu içməyə başlayandan sonra qanımda şəkərin miqdarı ilə bağlı problemlər yoxa çıxdı. Balaca ferma düzəldərək inək saxlayıram ki, onların pəşovunu içim. Pəşovun dadına baxmaq üçün bura gələnlərin sayı da artır. Hamımız səhərlər ayılır, müqəddəs inəyin pəşovunu içirik", - Sinqhal söyləyib.
İnəyin müqəddəs heyvan sayıldığı Hindistanda ilk "inəkli müalicə müəllifi" olan Cayram Sinqhalı hinduis rahib Rameş Quptada dəstəkləyir.
"İnəyin pəşovu müalicəvi əhəmiyyətə malikdir. Lakin yalnız doğmamış, buzovu olmayan inəyin pəşovunu içmək olar", - R.Qupta deyib.
OXŞAR XƏBƏRLƏR