“İnanmaq istəyirik ki, iki həftəyə yayılmanı azalda bilərik”

“İnanmaq istəyirik ki, iki həftəyə yayılmanı azalda bilərik”
SOSİAL
11:12 16.10.2020
535
"Son günlərdə koronavirusa yoluxma halının sürətlə artmasını və ölkədəki hərbi vəziyyəti də nəzərə almaqla müvafiq qərar verilib”.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. 

O bildirib ki, yoluxma sayının artması təhsil müəssisələrində artıma təkan verə bilər: "Bunu nəzərə alaraq iki həftəlik müddətə ölkə ərazisində bütün məktəblərdə tətil elan olunub. İnanmaq istəyirik ki, iki həftə ərzində virusun yayılmasını azalda bilərik. 

Sentyabrın 27-dən qonşu Ermənistanın təcavüzü nəticəsində həm təhsil müəssisələri, həm də mülki əhaliyə qarşı raket hücumu həyata keçirilib, cəbhədə 40-a qədər məktəbə ziyan dəyib. 1221 təhsil müəssisəsi bu səbəbdən distant təhsilə keçib”.
OXŞAR XƏBƏRLƏR