Çinarə apardığı ən bahalı xınadan danışdı: 60 min manat!

MAQAZİN
13:33 17.10.2024
228
Çinarə Əliyeva adət-ənənələrimizə uyğun təşkil olunan xına mərasimlərindən danışıb.
 
AZXEBER.COM xəbər verir ki, "KANAL-S"də "Xəbərin var?" verilişində qonaq olan aparıcı, indiyədək təşkil etdiyi ən bahalı xına məclisinin məbləğini açıqlayıb.

O, bildirib ki, büdcəsi 60 min manat olan xına təşkil edib:

"Bahalı məclislərimiz çox olur. Bu günə qədər ən bahalı xınamız 60 min manat olub. Amma bura dekor və dəvət olunan müğənnilər də daxil idi. Vaxt olub ki, 30 min manatlıq da dekor olub". 
 
Çinarə əlavə edib ki, 3 il öncə məşhur otellərdən birində təşkil etdiyi 55 nəfərlik doğum gününün dekoruna isə 55 min manat xərcləyən şəxs olub.
 
Aysel

OXŞAR XƏBƏRLƏR