Gənc müğənni, son zamanlar sosial şəbəkələrin fenomeninə çevrilən Çinarə Məlikzadə ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olub.
AZXEBER.COM xəbər verir ki, aparıcı Zümrüd Qasımovanın suallarını cavablandıran müğənni deyib ki, qısa müddətdə bu qədər populyarlıq qazanacağını düşünmürmüş: "Mən çoxdandır ki, belə ifa etmək istəyirdim, ancaq risk etmirdim. Dostumla görüşdə bu haqda ona danışdım və o dedi ki, mahnının mənə göndər. Mən də "Gedək üzü küləyə" adlı mahnını ona göndərdim, o da məndən xəbərsiz bu mahnını paylaşdı. Məndən olsaydı, paylaşmazdım. Çünki hər zaman incəlikləri fikir verən olmuşam. Fürsətdən istifadə edib, videomu ilk dəfə paylaşan "azxeber.com" xəbər portalına, bütün saytlara və "facebook" səhifələrinə təşəkkür edirəm.
Müğənni yenilikləri haqda da danışıb: "Bu yaxınlarda "Gedək üzü küləyə" mahnısına klip çəkdirdim. Yaxın günlərdə bu mahnının klipini təqdim edəcəyik. Qeyd edim ki, bu ifama internetdə yarım milyondan çox baxış olub"
Çinarə Məlikzadə bundan sonra yarışmalara qatılmayacağını da deyib: "Mən yarışmalara çıxanda çox həyəcanlı oluram, "O səs Türkiyə"də Hadisənin komandasında idim, məşqlərdə çox rahat olurdum, ifa edəndə hər kəs bəyənirdi, ancaq səhnəyə çıxanda həyəcanlanırdım. Ancaq artıq bu həyəcana qalib gəlməyə başlamışam. Bundan sonra hər şeyin daha yaxşı olacağına inanıram"
Müğənni verilişdə "Gedək üzü küləyə" və "Bir sən varsan, bir də mən" mahnılarını ifa edib. Eyni zamanda sosial şəbəkələrdə məşhurlaşmış mahnılarından da bir neçəsini oxuyub.
Həmin görüntüləri təqdim edirik: