Noyabr ayının 12-13-də "28 Mall" ticarət və istirahət mərkəzində qan xərçəngindən əziyyət çəkən və hal-hazırda Türkiyədə müalicəsi davam etdirilən 4 yaşlı Selcan Muradzadəyə dəstək məqsədi ilə xeyriyyə yarmarkası keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, satışdan əldə olunan gəlirin uşağın müalicəsinə sərf edilməsi nəzərdə tutulub.
Odur ki, bu məlumatı oxuyan yardımsevər dostlar, əgər dəstək olmaq niyyətiniz varsa satış üçün aşağıda adları qeyd edilən əşyaları hədiyyə olaraq bizə təqdim edə bilərsiniz: Suvernir, rəsm əsəri, aksessuar, bijuteriya, toxunma əl işi, oyuncaq və kitab.
Qeyd edək ki, son zamanlar sosial şəbəkələrin fenomeninə çevrilən gənc müğənni Çinarə Məlikzadə də Selcan balaya dəstək olmaq üçün ona mahnı oxuyub və çağırış edib. Həmin görüntüləri təqdim edirik: