Çinarə Məlikzadənin anası metroda vəfat edən həyat yoldaşından danışdı - VİDEO

Çinarə Məlikzadənin anası metroda vəfat edən həyat yoldaşından danışdı - VİDEO
SOSİAL
11:16 30.11.2023
190
"ARB" kanalında yayımlann "Günə son" verilişinin çəkiliş heyəti atasının itirən müğənni Çinarə Məlikzadənin evində olub.
 
AZXEBER.COM xəbər verir ki, sənətçinin anası Kifayət Məlikzadə həyat yoldaşının vəfatının təfərrüatlarının danışıb.

O bildirib ki, Məlik Məlikzadə metroda olarkən qəfildən ürəyi sıxılaraq infarkt keçirib. Daha sonra hadisə yerində olan polislər mərhumun telefonundan Kifayət xanıma zəng edərək vəziyyəti bildiriblər.

Bu zaman Kifayət xanım şəhidlərə həsr edilən tədbirlərdən birinə qatılıbmış. Layihəsi ilə bağlı Türkiyədə olan Çinarə atasının yas mərasiminə qatılmaq üçün bu gün Azərbaycana gələcək.

Qeyd edək ki, sənətçinin atası Məlik Ağalar oğlu Məlikzadə dünən metronun "Nərimanov" stansiyasında dünyasını dəyişib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.

Ətraflı videoda:
 

OXŞAR XƏBƏRLƏR