Tanınmış müğənni Çinarə Məlikzadə "Gəl” adlı yeni layihəsini təqdim edib.
Yeni nəsil ifaçılar arasında öz dəsti-xətti olan Çinarə "Gəl” adlı yeni ifasını öz "youtube” kanalında izləyiciləri ilə bölüşüb.
Kliplərinin çoxunu xarici ölkələrdə lentə alan Çinarə Məlikzadənin bu klipi də Almaniyada çəkilib.
Mahnının sözləri və musiqisi Cəmil Məmmədliyə, aranjmanı Dahin Malikə aiddir.
Həmin ifanı təqdim edirik: