Çində 5 bal gücündə zəlzələ baş verdi

DÜNYA
12:35 14.01.2025
111
Çinin Tibet Muxtar Bölgəsində dünən axşam saatlarında 5,0 bal gücündə zəlzələ baş verib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkə Mərkəzindən (CENC) açıqlama verilib.
 
Verilən açıqlamada, zəlzələnin dünən yerli vaxtla saat 21:58-də Tibet Muxtar Bölgəsindəki Şiqatse şəhərinin Dinqri bölgəsində baş verdiyi bildirilib.
 
Zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
 
Zəlzələ nəticəsində tələfat yoxdur.
 
Oksana

OXŞAR XƏBƏRLƏR