Çində azərbaycanlı gəncin Qarabağla bağlı məqaləsi dərc edildi

Çində azərbaycanlı gəncin Qarabağla bağlı məqaləsi dərc edildi
GƏNCLİK
14:19 12.02.2014
1337

Çinin hüquq və siyasət sahəsində ən nüfuzlu elmi nəşrlərindən olan “Hüquq sistemi və cəmiyyət” jurnalının cari ilin ilk nömrəsində “Dağlıq Qarabağ probleminin hüquqi analizi” adlı məqalə dərc olunub.

AZXEBER.COM-un məlumatına görə, məqalənin müəllifi Çin Xalq Respublikasının Tsinqhua Universitetinin beynəlxalq hüquq üzrə magistr məzunu, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Bakı ofisinin aparıcı məsləhətçisi Vüsal Qurbanovdur.

Məqalədə münaqişənin qısa tarixi və Dağlıq Qarabağın hüquqi statusu barədə tədqiqatın nəticələri qeyd olunub.

Bu, Çində Dağlıq Qarabağ mövzusunda yazılmış ilk məqalə olmaqla yanaşı, münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımdan əhəmiyyətli bir tədqiqat hesab edilə bilər. “Hüquq sistemi və cəmiyyət” jurnalının nüsxələri Çində bütün nüfuzlu universitetlərə və araşdırma mərkəzlərinə göndərilir, elektron formada kitabxanalarda yerləşdirilir.

OXŞAR XƏBƏRLƏR