Çində bir gündə koronavirusdan 1290 nəfər ölüb? - AÇIQLAMA

Çində bir gündə koronavirusdan 1290 nəfər ölüb? - AÇIQLAMA
DÜNYA
14:18 17.04.2020
2650
Çin COVID-19 qurbanlarının siyahısına daha 1,290 nəfər əlavə edib. 

AZXEBER.COM xəbər verir ki, bu rəqəm dünyada birmənalı qarşılanmayıb. Çoxları Çini ölüm sayını gizlətməkdə ittiham edirdi. Bir gündə 1290 nəfərin ölüm məlumatı da onların dediklərini qismən təsdiqləyib.

Daha öncə Uhanda 2,579 nəfərin koronavirusdan öldüyü bildirilsə də, bu rəqəm bu gün 3,869 nəfərə yüksəldilib.

Çinin açıqlamasında görə, bu 1290 nəfər əvvəlki statistikadır. Belə ki, evdə ölən xəstələrin qeydiyyata düşməməsi, yetərsiz sayda olan səhiyyə işçilərinin natamam və ya yanlış hesabatları, qurumlararası koordinasiya əskikliyi rəqəmlərin fərqli olmasına yol açdığı vurğulanıb.

Qeyd edək ki, daha öncə mətbuatda Uhanda koronavirusdan ölənlərin sayı yarıbayarı az göstərildiyinə dair xəbər yayılmışdı.
OXŞAR XƏBƏRLƏR