Çində ənənəvi Qingmin festivalının qeyd edildiyi 4-6 aprel tarixlərində ölkədaxili səyahətlərin sayında əhəmiyyətli artım olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, koronavirus epidemiyasının ortaya çıxdığı Çin uzun müddətdən sonra normala qayıtmağa başlayıb.
Epidemiya tamamilə aradan qalxsa da, ehtiyatlı qalan Çində səyahətlər artıb.
Çin Mədəniyyət və Turizm Nazirliyinin verdiyi açıqlamaya görə, 3 günlük tətildə ölkə daxilində 119 milyon səyahət edilib.
Səfərlərin sayı COVID-19 epidemiyasından əvvəl 2019-cu illə müqayisədə 11,5 faiz artıb.
Ayşən