Çində güclü daşqınlar 10 nəfərin ölümünə səbəb olub

Çində güclü daşqınlar 10 nəfərin ölümünə səbəb olub
DÜNYA
18:07 05.08.2023
242
Çinin Baodin şəhərində "Doksuri” qasırğasının törətdiyi daşqınlar nəticəsində 10 nəfər ölüb.

Bu barədə AZXEBER.COM "Report"a istinadən xəbər verir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, dəyən ziyan 2,37 milyard dollar həcmində qiymətləndirilir.

Şəhər administrasiyasının məlumatına görə, 18 nəfər itkin düşüb, 627 min nəfər təxliyə olunub.

İlkin hesablamalara görə, leysan yağışları 16 min hektardan çox sahədə əkin sahələrini məhv edib. Daşqın 4,4 mindən çox binanın dağılmasına səbəb olub, daha 7,2 min evə ziyan dəyib.
OXŞAR XƏBƏRLƏR