Çində hotel binasının bir hissəsi çöküb - Ölən və itkin düşənlər var

Çində hotel binasının bir hissəsi çöküb - Ölən və itkin düşənlər var
DÜNYA
19:31 12.07.2021
1215
Çinin şərqindəki Tszyansu əyalətində hotel binasının bir hissəsi çöküb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı bir nəfər həlak olub. Daha 10 nəfərin itkin düşdüyü deyilir.

Dağıntılar altından 8 nəfəri çıxarmaq mümkün olub, onlardan 3 nəfərinə tibbi yardım göstərilib.

Hotelin çökməsinin səbəbləri ilə bağlı araşdırma aparılır. Qəza zamanı binada nə qədər adamın olduğu bilinmir.

OXŞAR XƏBƏRLƏR