Çinin şimalındakı Şansi əyalətində ikimərtəbəli hotelin çökməsi nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, daha 4 nəfər ağır xəsarət alıb.
Dağıntılar altından 43 nəfəri xilas etmək mümkün olub.
Qəza bölgəsində axtarış-xilasetmə işləri davam edir. Bu prosesə 700-dən çox xilasedici qoşulub.
Hotelin çökməsi ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, insident hotelin banket zalında baş verib.