Çində izdiham yaşandı: Məscidin sökülməsi xəbəri müsəlmanları küçələrə çıxardı

Çində izdiham yaşandı: Məscidin sökülməsi xəbəri müsəlmanları küçələrə çıxardı
DÜNYA
13:37 30.05.2023
199
Çinin Yunnan əyalətində tarixi məscidin günbəzinin dağıdılacağı iddia ediləndən sonra müsəlmanlar küçələrə axışıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Çinin Yunnan əyalətinin Naqu şəhərində 13-cü əsrə aid Najiaying məscidinin günbəzinin dağıdılacağı iddia edildikdən sonra müsəlmanlar bu qərara etiraz etmək üçün məscidin qarşısına toplaşıblar.

Şənbə günü baş verən hadisədə polis müsəlmanların məscidə girməsinə mane olmaq istəyərkən əlbəyaxa dava düşüb.
 
Təhlükəsizlik qüvvələrinin müdaxiləsinə reaksiya verən və müqavimət göstərən etirazçılar polisə daşla hücum edib.
 
Toqquşmadan sonra polis geri çəkildikdən sonra müsəlmanlar məscidə daxil olublar. Məscidin sökülməsinə mane olmaq istəyən camaat məscidin girişində keşik çəkməyə başlayıb.
 
Həmin görüntünü təqdim edirik:
 
Mikayıl
 


OXŞAR XƏBƏRLƏR