Çinin mərkəzi Xunan əyalətində kömür şaxtasında baş verən qəza nəticəsində 4 nəfər həlak olub.
Bu barədə "Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə cümə günü Pekin vaxtı ilə saat 20:40-da Lenşuytszyan şəhərində baş verib. Axtarış-xilasetmə işləri təxminən 5 saat sonra başa çatıb.
Qeyd edilib ki, qəzanın səbəbləri araşdırılır.
///Report