Çində kömür şaxtasında qəza baş verib, 4 nəfər ölüb

Çində kömür şaxtasında qəza baş verib, 4 nəfər ölüb
DÜNYA
19:01 06.04.2024
153
Çinin mərkəzi Xunan əyalətində kömür şaxtasında baş verən qəza nəticəsində 4 nəfər həlak olub.

Bu barədə "Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü Pekin vaxtı ilə saat 20:40-da Lenşuytszyan şəhərində baş verib. Axtarış-xilasetmə işləri təxminən 5 saat sonra başa çatıb.

Qeyd edilib ki, qəzanın səbəbləri araşdırılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR