Çində koronavirusdan üç nəfər öldü

Çində koronavirusdan üç nəfər öldü
DÜNYA
10:41 05.04.2020
2380
Çində son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 30 nəfər artıb, bunlardan 25-i "gətirilmiş” hallardır.
 
Çinin Səhiyyə İşləri Dövlət Komitəsindən ölənlərin sayının 3 nəfər artaraq 213-ə çatdığı bildirilib. Bütün ölüm halları Hubey vilayətində qeydə alınıb. Lakin, vilayətdə son sutka ərzində yoluxma hadisəsi qeydə alınmayıb.

Aprelin 1-dən etibarən, Milli Statistika Komitəsi koronavirusa yoluxsa da virusun simptomları və yaratdığı xəstəlik olmayan 1 024 nəfəri qeydə alıb.

Son məlumatlara görə, yoluxmuş insanlarla yaxın təmasda olan 17,4 mindən çox insan həkimlərinin nəzarəti altındadır. 

Ölkədə 107 nəfər karantində olsa da 295 nəfərin vəziyyəti ağırdır.

Qeyd olunub ki, Çində virusa yoluxanların ümumi sayı 81 669 nəfərə çatıb, 3 329 ölüm hadisəsi qeydə alınıb.
 
//Report
OXŞAR XƏBƏRLƏR