Çində partlayış baş verib, ölənlər var

Çində partlayış baş verib, ölənlər var
DÜNYA
10:36 20.01.2026
276
Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonunda polad zavodunda baş verən partlayış nəticəsində doqquz nəfər həlak olub, bir nəfər itkin düşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Xinhua" agentliyinin məlumatında deyilir.

Xilasetmə işləri davam edir.

Yerli qəza-xilasetmə qərargahının məlumatına görə, partlayış bazar günü saat 15:03-də Baotou şəhərində yerləşən "Baogang United Steel" polad təbəqə istehsalı zavodunda baş verib.
OXŞAR XƏBƏRLƏR