Çində son 25 ayın ən yüksək yoluxma göstəricisi qeydə alındı

Çində son 25 ayın ən yüksək yoluxma göstəricisi qeydə alındı
DÜNYA
20:24 07.03.2022
364
Çində son sutka ərzində 769 koronavirusa yeni yoluxma halı qeydə alınıb ki, bu da 2020-ci ilin fevral ayının sonundan bəri ən yüksək göstəricidir.

Bunu Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin bazar ertəsi dərc etdiyi məlumat göstərir.

Belə ki, virusa yeni yoluxanlardan 243-ü xaricdən gəlib. 327 nəfərdə hərarət, öskürək və halsızlıq aşkar edilib, qalan 442 nəfər asemptomatik daşıyıcıdır.

Rəsmi olaraq Çinin materik hissəsində bütün bu müddət ərzində asimptomatik daşıyıcıları nəzərə almasaq, 111,19 min insan xəstələnib.
 
///Report
OXŞAR XƏBƏRLƏR