Çinin paytaxtı Pekində özəl xəstəxananın stasionar bölməsində baş verən yanğında həyatını itirənlərin sayı 29-a yüksəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər dünən günortadan sonra Fingtay bölgəsindəki Pekin Changfing Xəstəxanasında baş verən yanğında daha 8 nəfərin öldüyünü bildirib.
İlk təsbitlərə görə, yanğında can itkisi 29-a yüksəlib.
Yanğının baş verdiyi xəstəxanada ambulator xidmətlər dayandırılıb. Bundan başqa, xəstəxananın bağlı olduğu şirkətin səhm əməliyyatları dayandırılıb.
Gülay