Çində yeni dalğa: İctimai nəqliyyatın hərəkəti dayandırıldı

Çində yeni dalğa: İctimai nəqliyyatın hərəkəti dayandırıldı
DÜNYA
10:50 03.11.2021
365
Çinin Rusiya sərhədləri yaxınlığında koronavirusun yeni dalğası başlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Eyni zamanda, ölkə daxilində 93 yeni yoluxma halının təxminən üçdə biri Amur çayını Blaqoveşenskidən ayıran sərhəddə yerləşən Heyxe şəhərində qeydə alınıb.

Ötən şənbə günü ÇXR-də 48, bazar günü artıq 59, bazar ertəsi isə 54 yoluxma aşkar edilib.

Sərhəd qəsəbəsində infeksiyanın yayılmasının qarşısını almaq üçün sərt tədbirlər görülüb. Belə ki, ictimai nəqliyyatın hərəkəti dayandırılıb, kütləvi tədbirlər ləğv edilib, supermarket, anbar və apteklərin iş saatları məhdudlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR