Çinin Quanqdonq şəhərində 7000-dən çox insan çikunqunya virusuna yoluxub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yoluxmuş insanların ağcaqanad torları altında saxlandığı Foşan şəhəri xəstəxanalarda həddindən artıq sıxlıqla mübarizə aparır.
Xəstəlik olk olaraq Honq-Konqda yayılıb.
Yoluxmuş ağcaqanadın dişləməsi ilə ötürülən çikungunya yüksək hərarət, səpki, baş ağrısı, əzələ və oynaq ağrıları kimi simptomlara səbəb olur. Əksər xəstələr bir həftə ərzində sağalsa da, bəzi hallarda oynaq ağrıları aylarla davam edə bilər. İnfeksiya yaşlılar və xroniki xəstəlikləri olanlar üçün xüsusi risk yaradır.
Quanqdonq rəsmiləri əhaliyə çirkli sudan istifadədən imtina edilməsinə görə xəbərdarlıq edib.
Qeyd edək ki, Çində ən ölümcül və dünyaya tezliklə yayılan "COVİD-19" virusundan sonra ilk belə virus müşahidə edilir.
Mikayıl