Pekində keçirilən gündəlik mətbuat konfransında Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning HƏMAS-ın hücumlarından sonra bölgədə artan gərginliklə bağlı müzakirələr edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Mao Ning Çinin hadisələri yaxından izlədiyini və bu hadisədən dərin kədərləndiyini ifadə edib.
Fələstin probleminin həllinin doğru yolunun iki dövlətli həllin həyata keçirilməsi olduğunu ifadə edən Mao deyib:
"Problem hərtərəfli siyasi məsləhətləşmələrlə həll edilməlidir. Çin tərəfi beynəlxalq ictimaiyyətlə bu istiqamətdə səylər üzərində işləyəcək. Biz danışıqlarda iştirak etməyə hazırıq”.
Ayşən