Çindən Tayvanın ABŞ-yə səfərinə sərt reaksiya

Çindən Tayvanın ABŞ-yə səfərinə sərt reaksiya
DÜNYA
15:31 07.04.2025
155
Tayvan yüksəkrütbəli təhlükəsizlik heyətinin Vaşinqtona səfərinə Çindən sərt reaksiya gəlib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tayvanın Milli Təhlükəsizlik Şurasının sədri Cozef Vu bu həftənin əvvəlində Tramp administrasiyası ilə danışıqlara başlamaq üçün Vaşinqtona gedib.

Tayvanın müstəqilliyini ərazi itkisi kimi görən Çinin bu səfərə reaksiyası özünü çox gözlətməyib. Çin Xarici İşlər Nazirliyi Tayvan nümayəndə heyətinin ABŞ-də olmasına sərt reaksiya verib.

Pekin bu cür təmaslara qəti şəkildə qarşı olduğunu və ABŞ-nin "Vahid Çin” siyasətinə sadiq qalmalı olduğunu bildirib.

Nazirlik Tayvan rəsmilərinin Vaşinqtonda Tramp administrasiyası ilə rəsmi əlaqə saxlamasının qəbuledilməz olduğunu vurğulayıb.

"Biz istənilən rəsmi ABŞ-Tayvan münasibətlərinə qarşıyıq. ABŞ tərəfi Tayvan məsələsində qondarma müstəqillik hərəkatlarına dəstəyini dərhal dayandırmalıdır", - nazirliyin sözçüsü bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR