Çindən Türkiyəyə təxliyə olunmuş vətəndaşlar Bakıya çatdırıldı

Çindən Türkiyəyə təxliyə olunmuş vətəndaşlar Bakıya çatdırıldı
SOSİAL
16:34 15.02.2020
2916
Çinin Uhan şəhərindən Ankaraya təxliyə olunmuş altı nəfər azərbaycanlı vətənə qayıdıblar.

"Report” xəbər verir ki, vətəndaşlarımız iki həftə ərzində karantin keçirdikləri Türkiyədən Ankara – Bakı təyyarəsilə gəliblər.

Qeyd edək ki, ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlamışdı.

Xatırladaq ki, fevralın 1-də koronavirusun yayılma ocağı olan Çinin Uhan şəhərindən Türkiyə ordusuna məxsus təyyarə ilə həmin ölkə vətəndaşları ilə yanaşı əksəriyyəti tələbələr olan altı nəfər Azərbaycan vətəndaşı da təxliyə olunmuşdu
OXŞAR XƏBƏRLƏR