2022-ci ilin son günlərində xalq üsyanı ilə üzləşən Çində etirazçılara müdaxilə etmək üçün yeni və qorxulu silah hazırlandığı açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, "CS/LW21” adlanan elektromaqnit silahı aktivistləri zərərsizləşdirmək üçün istifadə olunacaq. Silah "China North Industries Group Corp”a məxsusdur. Əsas məqsədin nümayişlərə müdaxilə zamanı ölüm nisbətini azaltmaq olduğu qeyd edilib.
Ölkədəki oxşar nümayişlərdə rezin güllə atan silahlardan istifadə edilərkən, elektromaqnit silahlarda güllənin yaratdığı ağrının şiddəti və tezliyi tənzimlənə bilir.
Gülay