‘İndi də İlhamə Quliyeva deyir ki, guya məhkəmənin qalibidir’ – Nazpəridən İlhaməyə cavab

‘İndi də İlhamə Quliyeva deyir ki, guya məhkəmənin qalibidir’ –  Nazpəridən İlhaməyə cavab
MAQAZİN
15:30 19.05.2014
1766

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın həmkarı İlhamə Quliyevaya qarşı qaldırdığı məhkəmə iddiası rədd edildiyi barədə məlumat yayılıb.

İlhamə Quliyevanın vəkili Habil Vəliyev yayıb və qeyd edib ki, məhkəmə əlavə olaraq, N. Dostəliyevanın müdafiəçisinin vəsatəti əsasında ekspertizaya gedən sənədlərin xərci üçün 250 manat pulun tutulması haqda da qətnamə qəbul edib.

AZXEBER.COM məlumatına görə, xalq artisti mətbuat katibi vasitəsi ilə mətbuata xəbəri təkzib edən məlumat yollayıb: “Bu da onların yalanlarından biridir. Həqiqətən də mənim İlhamə Quliyevaya qarşı belə bir iddiam var. Tələbim də İlhamə Quliyevanın Novruz bayramı ərəfəsində ATV kanalının canlı efirindən mənim ünvanıma nə yazılması, nə də dilə gətirilməsi mümkün olmayan ifadələr işlətməklə mənə qarşı təhqir, mənsub olduğum xalqıma qarşı isə hörmətsizlik ifadə etməsi əlaqədardır. Məhkəməyə bu faktla bağlı müraciət etmişəm. İndi də bildirirlər ki, guya məhkəmə yekunlaşıb, onlar qalibdirlər. Çox maraqlıdır, həmin məlumat İlhamə Quliyevanın Habil Vəliyev adlı nümayəndəsi tərəfindən mətbuata açıqlanıb. Həmin o Habil Vəliyev ki, Azərbaycan Respublikası Mətbuat Şurası tərəfindən adı qara siyahıya salınan “Gündəlik Bakı” qəzetinin rəhbəri olub. İndi də saxta məlumatlarla özünü vəkil kimi təqdim edir.

Bir neçə gün əvvəl məhkəmədən vəkilimə zəng olunub ki,oraya getsin. O da uzaqda olduğunu və məhkəmənin vaxtı barədə bizə heç bir bildiriş daxil olmadığını bildirib. Cavab verilib ki, məhkəmənin vaxtı barədə bizə əlavə məlumat veriləcək. Biz də gözləyirik, əminik ki, məhkəmə qanuni və ədalətli qərar qəbul edərək, daha bu ili müqəddəs İlhamə ili elan etməyəcək.

Yalanların sayı-hesabı varmı?! Bir faktı xatırladım:İlhamə Quliyeva deyir ki, guya o Dünya Azərbaycanlıları Konqresi Mədəniyyət Akademiyasının prezidentidir. Məhkəmələrə vəkillərim vasitəsilə Dünya Azərbaycanlıları Konqresi həmsədrlərinin arayışlarını təqdim edərək sübut etmişik ki, belə bir akademiya olmayıb və indi də yoxdur. Ancaq yalanlar davam edir. Şərti olaraq qəbul etsək ki, belə bir akademiya mövcuddur, onlar məhkəmə iclasında həmin akademiyanın harada, hansı dövlətdə yerləşdirilməsi ilə bağlı suala aydınlıq gətirə bilməyiblər. Əgər varsa, buyursunlar, ünvan göstərsinlər. Zənnimcə, başqa şərhə ehtiyac yoxdur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO