“İndi nəsə deyəcəyim bir kəsim yoxdur” - Fəxrəddin Manafov

“İndi nəsə deyəcəyim bir kəsim yoxdur” - Fəxrəddin Manafov
MAQAZİN
09:55 16.08.2021
1231
"Mənim ən yaxınım böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi".

AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov "Asan Radio"nun qonağı olarkən deyib. Aktyor aparıcı Emin Musəvinin "Kimlə yaxın, dostluq münasibətiniz var" sualına belə cavab verib:

"O, mənim yoldaşım Vahidə idi. Bu gün səhərlər gözümü açanda da, gecə yuxuda da, axşam yatmazdan öncə də o ağrını keçirirəm. Fikirləşirəm ki, qəribə bir ömür başladı məndə. Həyatda ən yaxınım anam-atama demədiyimi Vahidəyə deyirdim. Amma indi deyəcəyim bir kəsim yoxdur".

Qeyd edək ki, Vahidə Sadıqova bu ilin martında vəfat edib.    
 
///Axşam.az
OXŞAR XƏBƏRLƏR