“İndiki seriallar çox səviyyəsizdir” – Rasim Balayev

“İndiki seriallar çox səviyyəsizdir” – Rasim Balayev
MƏDƏNİYYƏT
12:11 09.02.2022
513
Bu gün Azərbaycanda kino sahəsi əksər ölkələrlə müqayisədə xeyli geridə qalır. Dövlət tərəfindən bu sahəyə diqqət göstərilməsinə baxmayaraq, kinomuz hələ də əvvəlki şöhrətini özünə qaytara bilməyib. Doğrudur, son dövrlərdə müxtəlif serial və filmlərin çəkilməsinin şahidi oluruq, lakin keyfiyyət və məzmun baxımında bu ekran işləri o qədər də böyük izləyici kütləsi toplaya bilmir, əksər hallarda tənqidlərə tuş gəlir.

Buna səbəb nədir? Niyə kino sahəsi inkişafdan geri qalır?

AZXEBER.COM xəbər verir ki, Azərbaycanın Xalq artisti Rasim Balayev mövzu barədə Modern.az-a bildirib ki, kino ilə əlaqəsi olmayan şəxslərin bu sahəyə gəlişi qəbuledilməzdir. Onun sözlərinə görə, ilk növbədə problemlərin kökündə kino sahəsindəki təsadüfi adamlar dayanır.

"Ölkədə tək-tük rejissor var. Sovet dövründə pis, yaxşı bir estafet vardı, sonra SSR-i dağılandan sonra ora da sıradan çıxdı, talandı. Bizə yer verirdilər kino çəkmək üçün, gənclər bu sahə üzrə Moskovada dərs alırdılar, sovet dönəmindən sonra bu zəncir qırıldı. Hazırda seriallar çəkirlər ki, çox səviyyəsizdir, bunu deyəndə acıqlarına gedir, ancaq olanı deyirəm.

Kino ilə əlaqəsi olmayanlar kino çəkir, ssenari yazır. Elə bilirlər ki, kinonun öhdəsindən hamı gələ bilər, ancaq illərin təcrübəsinə dayanıb deyirəm ki, belə bir şey mümkün deyil, hər adam kino ilə başa çıxa bilməz. Əvvəllər Nazirlik səviyyəsində kino komitəsi var idi, sonra Mədəniyyət Nazirliyinin tərkibində bunu kiçik bir şöbəyə çevirdilər”.

Sevilən aktyor xatırladıb ki, vaxtilə kinostudioda 1200 nəfər çalışırdısa, indi bu say 10-15 nəfərə enib:

"Səviyyə, fərq bu saydan bilinir. O vaxtı yaxşı dublajlar edirdik, 4 film böyük ekran üçün, 4 film isə mərkəzi televiziyanın sifarişi ilə çəkirdik, indi belə şeylər yoxdur. 1990-cı ildən sonra 6 il Azərbaycan kinosu maliyyələşdirilmədi. Bayaq dediyim kimi, qırılan zənciri tapa bilmirik. O vaxtı yaxşı ssenari yazanlardan biri sağ qalıb, o da Ramiz Fətəliyevdir. Hazırda onun ssenari yazıb-yazmadığından xəbərim yoxdur. Kinonun normal vəziyyətə gəlməsi üçün illərimizi vermişik, indi onu bərpa etmək üçün təcrübəli kadrların hazırlanmasına illər sərf etməlidir.

O vaxtı gənc nəsilə başqa cür yanaşılırdı, fərd kimi onlara, gördükləri işə qiymət verilirdi, bu gün isə bunlar yoxdur. Kinonun acınacaqlı vəziyyətdə olmasının səbəbi çoxdur. Savadlı, təcrübəli 5-10 nəfər gənci bir yerə toplayıb demirlər ki, ay bala, nə təklifiniz var, nə etmək istiyirsiniz. Kinoya bir eşq, bağlılıq var idi, gənclər az maaş alsalar da, həvəslə işləyirdilər. İndi bunlardan əsər-əlamət yoxdur”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib