"İndiyədək məktəblərin 50 faizi dezinfeksiya edilib" - Cəsarət Valehov

"İndiyədək məktəblərin 50 faizi dezinfeksiya edilib" - Cəsarət Valehov
SOSİAL
13:52 04.03.2020
1547
İndiyədək ölkədə 2400 orta məktəb koronavirusla əlaqədar görülən tibbi profilaktik tədbirlər çərçivəsində dezinfeksiya edilib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, dezinfeksiya edilən məktəblər ölkədəki bütün məktəblərin, demək olar ki, yarısını təşkil edir:

"Bu proses qarşıdakı günlər ərzində intensiv şəkildə davam etdiriləcək. Martın 9-dək olan müddət ərzində bu proses tam olaraq yekunlaşacaq".

C.Valehov dezinfeksiya işlərinin digər təhsil müəssisələrində də aparıldığını söyləyib.
OXŞAR XƏBƏRLƏR