2014-cü ildən etibarən əsasən ABŞ, Kanada və İsveçrə tərəfindən Rusiyaya qarşı təxminən 29 min sanksiya tətbiq edilib.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Castellum” müstəqil analitik bildirib.
Belə ki, 2025-ci ilin aprel ayının sonuna olan vəziyyətə görə, təxminən 28 937 qeyri-ticarət sanksiyası tətbiq edilib. Bunların 92 %-i 2022-ci ilin fevral ayının sonundan tətbiq edilən sanksiyalara aiddir.
Ən çox məhdudiyyət ABŞ tərəfindən (bütün sanksiyaların 25,5 %-i və ya 7 384) tətbiq edilib. İlk üçlüyə 12,6 % payla Kanada (3 639) və 11,3 % payla İsveçrə (3 266) daxildir.
Növbəti pillələrdə təxminən 2 678 məhdudiyyət (9,3 %) tətbiq edən Norveç, artıq 17-ci sanksiya paketini hazırlayan Aİ (2 482, 8,6 %) və Avropa sanksiyalarını təkrarlayan İslandiya (2 482, 8,6 %), eləcə də Böyük Britaniya (2 078, 7,2 %) gəlir.
İlk onluğu 1 860 sanksiya (6,4 %) ilə Yeni Zelandiya, 1 598 sanksiya (5,5%) ilə Avstraliya və 1 441 sanksiya (5 %) ilə Yaponiya bağlayıb.