İndoneziya sahillərində güclü zəlzələ oldu

İndoneziya sahillərində güclü zəlzələ oldu
DÜNYA
04:37 29.08.2023
229
İndoneziya sahillərində 6,9 maqnitudada zəlzələ baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 318 min nəfər əhalisi olan Mataramdan 200 km şimalda, mənbə 518 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR