İndoneziyada 5,5 bal gücündə zəlzələ oldu

İndoneziyada 5,5 bal gücündə zəlzələ oldu
DÜNYA
10:54 10.04.2022
242
İndoneziyanın Papua əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, yeraltı təkanların episentri əyalətin inzibati mərkəzi Cayapura şəhərindən 131 kilometr cənub-qərbdə, ocağı isə 49 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.




OXŞAR XƏBƏRLƏR