İndoneziyada 5,7 maqnitudalı zəlzələ olub

İndoneziyada 5,7 maqnitudalı zəlzələ olub
DÜNYA
18:29 14.08.2022
278
İndoneziyanın şərqində 5,7 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

ABŞ Tayvanla əlaqələri daha da möhkəmləndirmək istəyir
Türkiyə kəşfiyyatı İraqda PKK-ın rəhbər şəxslərindən birini məhv edib
Yaponiya Takahama AES-in 3-cü reaktorunu təkrar işə salıb
Zəlzələnin ocağı Şimali Sulavesi əyalətinin Laikit kəndindən 158 km uzaqlıqda, dənizin 30 km dərinliyində olub.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Təşkilatı isə zəlzələnin 5,9 maqnitudalı olduğunu və ocağının 10 km dərinlikdə yerləşdiyini açıqlayıb.

Zəlzələ dağıntı və tələfata yol açmayıb. Zəlzələnin sunamiyə yol açma ehtimalının zəif olduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR