İndoneziyada daha bir güclü zəlzələ oldu

İndoneziyada daha bir güclü zəlzələ oldu
DÜNYA
16:51 15.08.2026
276
İndoneziyada şənbə günü yenidən güclü zəlzələ qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Alman Geoelmlər Tədqiqat Mərkəzi (GFZ) məlumat yayıb.

Bildirilib ki, Şimali Sumatra bölgəsində baş verən zəlzələnin maqnitudası 6,4 bal olub.
GFZ zəlzələnin 158 kilometr dərinlikdə qeydə alındığını bildirib.

Bu, İndoneziyada gün ərzində baş verən ikinci güclü zəlzələdir. Daha əvvəl ölkənin sahillərində 7,7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində binalar və evlər dağılıb, ən azı 38 nəfər ölüb, çox sayda insan yaralanıb.

Həmin zəlzələdən sonra İndoneziya hakimiyyəti sunami xəbərdarlığı elan edib. Lakin Meteorologiya, İqlim və Geofizika Agentliyinin monitorinqi dəniz səviyyəsində sahil əraziləri üçün təhlükə yarada biləcək əhəmiyyətli dəyişiklik göstərmədikdən sonra xəbərdarlıq ləğv olunub.
OXŞAR XƏBƏRLƏR