İndoneziyada güclü zəlzələ: 20 nəfər öldü

İndoneziyada güclü zəlzələ: 20 nəfər öldü
DÜNYA
20:12 21.11.2022
259
İndoneziyanın Yava adasında 5,6 bal gücündə baş vermiş zəlzələ nəticəsində 20-dək insan ölüb.

AZXEBER.COM bu barədə xarici mediaya istinadən xəbər verir.

İndoneziyanın ən böyük şəhərlərindən biri olan Çianjur şəhərinin meri təkcə xəstəxanalardan birinə  300 nəfər yaralının yerləşdirildiyini bildirib.

Ölən və xəsarət alanların sayı barədə məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, Çianjur şəhərində baş verən zəlzələ İndoneziyanın paytaxtı Cakartada da hiss olunub.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR