İndoneziyada sərnişin bərəsi yandı

İndoneziyada sərnişin bərəsi yandı
DÜNYA
14:51 17.11.2022
201
İndoneziyada 271 nəfərin olduğu sərnişin bərəsi yanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın Bali adasında içərisində 271 nəfərin olduğu sərnişin bərəsi yanıb.

Məlumata görə, 236 sərnişin və 35 ekipaj üzvü ilə hərəkət edən "Mutiara Timur I" sərnişin bərəsi Karanqasem çimərliyindən təxminən 1,5 kilometr aralıda, Bali boğazında yanıb.

Bali Axtarış və Xilasetmə Departamentinin rəhbəri Gede Darmada verdiyi açıqlamada çox sayda xilasedici, donanma personalı və yerli balıqçının 2 donanma gəmisi ilə təxliyyə işlərini davam etdirdiyini, hələlik xəsarət alan və ya itki ilə bağlı məlumat verilmədiyini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR