İndoneziyanın Qərbi Sumatra əyalətində musson yağışları və daşqınlar səbəbiylə Marapi vulkanının püskürməsi nəticəsində həyatını itirənlərin sayı 58-ə yüksəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Milli Fəlakətlə Mübarizə Agentliyinin sözçüsü Əbdül Muhari açıqlayıb.
Nazirin sözlərinə görə, daşqınlar səbəbindən yüzlərlə evin su altında qalıb və 1500-dən çox ailənin bölgədən təxliyə edilib.
Muhari itkin düşdüyü bildirilən 35 nəfərin tapılması üçün pis hava şəraiti səbəbiylə dayandırılan axtarış-xilasetmə işlərinin yenidən başladığını açıqlayıb.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) prezidenti Dvikorita Karnavati də Qərbi Sumatrada daha güclü yağış və daşqınların gözlənildiyini qeyd edərək, sakinlərə və turistlərə diqqətli olmağı tövsiyə edib.
Mayın 11-də Marapi vulkanının püskürməsi nəticəsində yığılan qaya, kül və torpaq yığını musson yağışları səbəbindən yerdəyişib və su basaraq insan tələfatına səbəb olub.
"Sakit okean atəş halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada yüzlərlə aktiv vulkan var.
Ölkənin Sumatra adasında yerləşən Marapi dünyanın ən aktiv vulkanlarından biridir və ani püskürmələri ilə tanınır.
Mikayıl