İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb
DÜNYA
19:46 24.08.2026
286
Şərqi Nusa-Tenqarada (İndoneziya) 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

Bu barədə İndoneziya mediası Milli Təbii Fəlakətlərin İdarə Olunması Agentliyinə məlumat yayıb.

"Vurğulamaq lazımdır ki, zəlzələ nəticəsində həlak olan 100 nəfər ağır xəsarətlər almışdılar və tibb müəssisələrində müalicə olunurdular. Lakin onları xilas etmək mümkün olmayıb", - agentlikdən qeyd edilib.

Zəlzələ nəticəsində 1 603 nəfər yaralanıb, 180 327 nəfər isə qaçqın düşərgələrində yerləşmək məcburiyyətində qalıb.

İyunun 15-də baş vermiş zəlzələdən sonra 6 409 afterşok qeydə alınıb. Onlardan ən güclüsü 6,2 maqnitudalı olub.
 
///report///
OXŞAR XƏBƏRLƏR