İndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatdı

İndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatdı
DÜNYA
20:36 17.01.2021
696
İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Bu barədə Milli Fəlakətləri İdarəetmə Qurumu (BNPB) bildirib.

Təbii hadisə zamanı daha 844 nəfər xəsarət alıb.

Bundan əvvəl 56 nəfərin öldüyü, 826 nəfərin də xəsarət aldığı bildirilmişdi. Qərbi Sulavesi əyalətində fövqəladə vəziyyət elan olunub.

Xatırladaq ki, 15 yanvarda adıçəkilən əyalətin Mamucu şəhəri yaxınlığında yerləşən 6,2 manqitudalı zəlzələ baş verib. Təbii fəlakətdən dərhal sonra 15 minədək əhali yaşadıqları yerləri tərk etməli olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR