Çinə məlumat sızdıran rusiyalı alim vəfat edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çinə dövlət sirlərini sızdıran rusiyalı alim Dmitri Kolker dünyasını dəyişib.
Novosibirsk Dövlət Universitetinin Kvant Optik Texnologiyaları Laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Dmitri Kolker 4-cü mərhələdə xərçəng xəstəliyindən müalicə aldığı Novosibirskdəki xəstəxanada Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılıb.
54 yaşlı Dmitri Kolkerin vəkili Aleksandr Fedulov bildirib ki, o, bu gün rəsmi qurumlarla əlaqə saxlamağa çalışıb, lakin Kolkerin dünyasını dəyişdiyini deyərək geri qaytarılıb. Fedulov həmçinin bildirib ki, Kolkerin saxlanma şəraiti ilə bağlı hüquqi şikayət verəcək.
Ayşən