Klublararası dünya çempionatında komanda sayı 2025-ci ildə artırılacaq.
Bunu FİFA prezidenti Canni İnfantino açıqlayıb.
O bildirib ki, öncədən planlaşdırılan ideya gerçəkləşəcək: "Klublararası dünya çempionatının yeni versiyası olacaq. 2025-ci ildən burada 32 klub oynayacaq. Bu turnir yığmaların dünya çempionatına bənzəyəcək”.
Qeyd edək ki, UEFA və Avropa klublar Assosiasiyası bu turnirlə bağlı ideyanın ləğv edilməsini istəyir.