xari

İnfeksionist: "Qapanmaya getmək istəmiriksə, bayramlarda evimizdə oturaq”

SOSİAL
13:36 05.03.2021
589
"İnsanların yoluxma artan zaman baş verə biləcəklərlə bağlı müəyyən təcrübələri var. Biz ölkə olaraq üç dəfə qapanmaya getmişik və sonradan yoluxma sayı enib və yumşaldılmalar olub".

AZXEBER.COM xəbər verir ki, bunu "Report"a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib

Onun sözlərinə görə, hər dəfə karantin rejimi yumşaldıldıqdan sonra yoluxma sayında artımlar müşahidə edilir:

"Son bir həftədə yoluxmanın artmasını müşahidə edirik. Yoluxma sayı 300-dən yuxarıdır. Qarşıdan da bayram günləri gəlir. Düzdür, adət-ənənələrə görə bayramlar həmişə qeyd olunur və olunmalıdır. Amma hamımız başa düşməliyik ki, bütün dünyada pandemiyadır.

Bayram günlərində çox ehtiyatlı davranmaq lazımdır. İmkan daxilində qonaq getməkdən çəkinməliyik. Qapalı məkanlara çox üz tutmamalıyıq. Pandemiya ilə ayaqlaşmalı və məsuliyyətli olmalıyıq. Əgər biz bayramdan sonra sərt karantin dövrünü yaşamaq istəmiriksə, bayram günlərində əks-epidemik tədbirlərinə riayət etməliyik".

"Virusun olduğunu unutsaq, gediş-gəliş çox olsa, bayramdan sonra çox güman yoluxma daha da artacaq. Bu da ciddi qapanmalara getməyi, "SMS icazə" sisteminin bərpasını labüd edəcək. Bu qapanmalar da psixologiyamıza təsir edəcək. Bu səbəbdən əvvəlcədən baş verəcəkləri anlamalı və təhlükənin qapıda olduğunu unutmamalıyıq. Qapanmaya getmək istəmiriksə, bayramlarda zəhmət çəkək hamımız evimizdə oturaq”, - ekspert vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:14 19.04.2021

Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırıldı

16:04 19.04.2021

Elza Seyidcahanın yeni "şeiri": "Mal təzəyini divarlara yapanam"

15:56 19.04.2021

Koronavirus Ermənistan səhiyyəsini diz çökdürdü: Çarpayı ehtiyatı tamamilə tükəndi

15:55 19.04.2021

Prezident İlham Əliyev görülən işlərlə maraqlandı: "Qarabağda işlər necə gedir?"

15:41 19.04.2021

Bu ölkədə maska rejimi ləğv edildi: İnsanlar çimərliyə axışdı - VİDEO

15:39 19.04.2021

“Azərenerji”nin prezidenti: “Suqovuşandakı SES-lər işə salınıb, test gedir”

15:37 19.04.2021

Prezident Bakıda Nizami parkının abadlaşdırılmasına 5 milyon manat ayırdı

15:23 19.04.2021

İki hissəyə bölünən stadionla bağlı nazirlik araşdırmaya başladı - VİDEO

15:21 19.04.2021

Mariya Zaxarova: "Rusiyaya qarşı aksiyaların arxasında ABŞ durur"

14:59 19.04.2021

Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

14:54 19.04.2021

Kraliça Elizabetin sirrli çantasında nələr var imiş?

14:43 19.04.2021

“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı

14:35 19.04.2021

Abel Məhərrəmov oğlunun geri çağırılmasından danışdı: "Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz"

14:33 19.04.2021

"Tottenham" Joze Mourinyonu qovdu

14:28 19.04.2021

Hadisədən Ebru Gündeşə sərt sözlər: "Heç kim namusumu ləkələyə bilməz"

14:26 19.04.2021

Hadrutda qənimət götürdükləri texnikaya Bakıda eksponat kimi baxdılar - FOTO