İnfeksionistdən ümidverici açıqlama: Viruslar bu tarixdən azalacaq

İnfeksionistdən ümidverici açıqlama: Viruslar bu tarixdən azalacaq
ÖZƏL
12:48 19.03.2026
388
"Kəskin respirator virus infeksiyaları aprel ayından etibarən ya tamamilə olmayacaq, ya da yalnız sporadik hallarda müşahidə olunacaq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib.

O bildirib ki, hazırda ölkədə kəskin respirator virus infeksiyaları müşahidə olunur:


"Mövsümə uyğun olaraq, hazırda ölkədə kəskin respirator virus infeksiyaları müşahidə olunur. Bu viruslara adenovirus, influenza (qrip), parainfluenza və digərləri daxildir. Bu infeksiyalar əsasən yuxarı tənəffüs yollarının kəskin iltihabı ilə xarakterizə olunur və ümumilikdə qripəbənzər xəstəliklər kimi qiymətləndirilir.

Bu xəstəliklər arasında ən ağır keçən forma influenzadır, yəni qripdir. Ümumiyyətlə, kəskin respirator xəstəliklər artıq mövsümün son mərhələsini yaşayır və aprel ayından etibarən ya tamamilə olmayacaq, ya da yalnız sporadik hallarda müşahidə olunacaq”.

İnfeksionist qeyd edib ki, suçiçəyi xəstəliyi də bu mövsümdə rast gəlinən xəstəliklər sırasındadır:

"Epidemik parotit xəstəliyi daha geniş yayılmışdı, lakin hazırda onun da azalması müşahidə edilir. Eyni zamanda, qızılca xəstəliyində əvvəlki dövrlərdə artım olsa da, indi azalma tendensiyası müşahidə olunur. Suçiçəyi xəstəliyi də bu mövsümdə rast gəlinən xəstəliklər sırasındadır. Hazırda ölkədə əsasən kəskin respirator virus infeksiyaları, epidemik parotit, qızılca və suçiçəyi kimi xəstəliklər yayılmışdır. Xüsusilə influenza virusu son dövrlərdə daha geniş yayılıb. 

Kəskin respirator virus infeksiyaları daha çox noyabr-dekabr aylarından başlayaraq mart ayına qədər pik həddə çatır, bundan sonra isə tədricən azalır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR