İnfiniti ‘İlin lüks avtomobil brendi’dir - FOTOREPORTAJ

MARAQLI
11:52 29.01.2013
2626

Four Season otelinin “Segah” zalında Infiniti brendinə ”İlin lüks avtomobil brendi” nominasiyasında BUSINESS AWARD mükafatı təqdim edildi.

80 ci illərin sonunda dünyada hökm sürən yanacaq böhranı və iqtisadi qeyri-sabitlik bitdikdən sonra avtomobil bazarında canlanma müşahidə olunmağa və xüsusilə bahalı və ekskluziv avtomobillərə təlabat yüksələn xətlə inkişaf etməyə başladı. Həmin dövrdə Nissan avtomobilləri bazarda kifayət qədər etibarlı və rahat marka kimi tanınırdı. Bazarın inkişaf meyllərini dərindən təhlil etdikdən sonra şirkət rəhbərliyi lüks seqment üçün yeni avtomobil brendinin yaradılmasına qərar verdi.

Yeni markaya INFINITY adı verildi. Loqotip hazırlanarkən dizaynerin tələbi ilə sonuncu “ Y” hərfi “I” hərfi ilə əvəz olundu və bazarda yeni prestejli marka olan INFINITI adı meydana gəldi. INFINITI-nin ilk rəsmi diler mərkəzi isə 1989-cu ildə ABŞ-ın Detroyt şəhərində açıldı. Həmin mərkəzdə ilk olaraq yeni brendin sadəcə 2 modeli - eleqant sedan Q45 və effektiv lüks kupe M30 təqdim olunurdu.

Modellərin az olmasına baxmayaraq, yeni marka ekspertlər və məşhur avtomobil jurnalları tərəfindən yüksək rəy almağı bacardı. 2005-ci ildə bu lüks modelin dünya bazarına çıxarılmasına qərar verildi.

Bugün INFINITI brendinin model sırasına idman üslublu G seriyasından sedan və kupe, M seriyasından lüks biznes sedan, FX, EX və JX seriyalarından krossoverlər, QX seriyasından tam ölçülü SUV daxildir.

Hal-hazırda INFINITI-nin dünyada 200-dən çox rəsmi Satış və Servis Mərkəzi fəaliyyət göstərir. INFINITI brendinin Azərbaycandakı rəsmi distribütoru olan “Nurgun Motors” INFINITI – nin qlobal standartları olan IREDI standartlarına uyğun inşa edilmiş sərgi salonunda yuxarıda sadalanan model cərgəsinin bütün nümayəndələrini (JX krossoveri də tezliklə bu sıraya qatılacaq) müştərilərə təqdim edir.

Ötən il INFINITI brendi üçün çox uğurlu oldu. Belə ki, iyun ayında Babək pr-ti 31 ünvanında yeni İnfiniti Satış və Servis Mərkəzi istifdəyə verildi. Bunun davamınca Caspian Motor Show sərgisində İnfiniti FX modeli İLİN TAM ÖTÜRÜCÜLÜ KROSSOVERİ seçildi. Və nəhayət INFINITI brendi “Business Time” jurnalının təsis etdiyi “İLİN LÜKS AVTOMOBİL BRENDİ” nominasiyasında ekspertlərin yekdil rəyinə əsasən mötəbər mükafat qazandı. Qazanılan mükafat isə INFINITI-nin rəqabət apardığı lüks avtomobil seqmentində birinci olmağa iddialı və layiq brend olduğunun göstəricisdir.

“NURGÜN Motors” şirkəti Azərbaycan bazarında İNFİNİTİ brendinin rəsmi distribütorudur. Şirkət İnfiniti markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür.

İNFİNİTİ – BU RUHLANDIRAN PERFORMANSDIRƏlavə məlumat üçün ünvan və telefonlar:

Ünvanlar: Bakı şəhəri, Babək pr-ti, 31

Tel.: (+99412) 448 17 65

E-mail:[email protected]/* */

Web:www.infiniti-azerbaijan.com

https://www.facebook.com/infinitiazerbaijan

OXŞAR XƏBƏRLƏR